Səhifə yüklənir...

 
Ana Səhifə Laparoskopik ginekoloji əməliyyatlar
Laparoskopik ginekoloji əməliyyatlar

Miomaların Laparoskopik və Histeroskopik üsulla Cərrahiyyi müalicəsi

Dr. İlahə Quliyeva 5 dəq oxunuş
Miomaların Laparoskopik  və Histeroskopik üsulla Cərrahiyyi müalicəsi
Miomalar  əsasən Laparoskopik və Histeroskopik üsulla çıxarılır. Miomalarda əməliyyat göstəriciləri aşağıdakı kimidir : 

Ölçü: Ümumiyyətlə 5 sm-i keçmiş miomaların və qısa müddətdə sürətlə böyüyən miomaların götürülmələri məsləhətlidir.

Qanaxma: Miomalar uşaqlığın iç təbəqəsinə keçmədikdə və ya təzyiq göstərmədikdə qanaxmaya səbəb olmazlar. Uşaqlığın daxilinə  girmiş olan miomalarda əgər qanaxma varsa ölçülərini nəzərə alaraq cərrahiyyə məsləhət görülür.

Təzyiq şikayətləri və ağrı: Miomalar uşaqlığın sağ və sol tərəfində , boruların altında, intraliqamentar deyilən bir nahiyyədə oduğu zaman  sidik axarını sıxa bilir və bud a nəticə etbarilə həyati vacib orqan olan böyrəklərin zədələnməsinə və həttaböyrək çatışmazlığına belə gətirib çıxarda bilir. Uşaqlığın ön divarında inkişaf edən  miomalar sidik kisəsini , arxa divarındaı miomalar isə qalın bağırsağı sıxa bilirlər. Bu zaman tez-tez sidiyə getmə , qəbizlik, ağrı, təzyiq hissi, güc gəlmə kimi hissiyyatlar yarana bilir. Həmçinin yan divarlardan inkişaf edən miomalar iri magistral damarları sıxaraq qanın aşağı ətrafdan geriyə axınını pozaraq ayaq venalarının varikoz genəlməsi və tromblaşmasını belə yarada bilirlər.

Sonsuzluq:
Miomalar sonsuzluğa və ya erkən ve gec düşüklərə səbəb olurlar. Ümumiyyətlə 5 sm və daha böyük miomaların götürülməsi məsləhətlidir.Əgər qadın hamilə qala bilmirsə  və uşaqlıqda da mioma varsa miomanın ölçüsünə və başqa törəmələrin olub – olmadığına baxmaq lazımdır.

Laparoskopik əməliyyatla miomalar çıxarıldıqdan  sonra 4-5 ay hamilə qalmağa icazə verilmir. Bitişmə ehtimalı açıq qarın əməliyyatına görə daha azdır. Laparoskopik mioma əməliyyatı miomaların ölçüsündən, yerləşməsindən asılı olaraq 1-3 saat çəkə bilir.Xəstə 1 gün xəstəxanada qalır və səhərisi gün xəstəxanadan çıxa bilər.

Əgər Histeroskopik üsulla mioma çıxarılırsa əməliyyat 10 dəq ilə 30 dəq arasında dəyişə  bilir, xəstə həmin gün də evə gedir , növbəti aydan etibarən hamiləlik planlanır.




Dr. İlahə Quliyeva Müəllif Dr. İlahə Quliyeva

Cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru. Fransada ixtisaslaşıb, Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin üzvüdür.

Həkim haqqında
Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N, Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: +994 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2026 Bütün hüquqlar qorunur.