Səhifə yüklənir...

 
Ana Səhifə Laparoskopik ginekoloji əməliyyatlar
Laparoskopik ginekoloji əməliyyatlar

Ginekologiyada Minimal İnvaziv Cərrahiyyə (MIC)

Dr. İlahə Quliyeva 5 dəq oxunuş
Ginekologiyada  Minimal İnvaziv Cərrahiyyə (MIC)
Ginekologiyada - Minimal Invaziv Cərrahiyyə (MIC)
Problemlərinizi həll etmək üçün ən son texnologiya.
Daha ətraflı məlumat üçün təcrübəli Cərrah Laparoskopist Ginekoloq, Fransada ixtisaslaşmış Phd Dr. İlahə Quliyevaya müraciət edin.

Endoskopiya:
Endoskopiya - xüsusi optik alətlər - endoskop vasitəsi ilə orqanları müayinə etmə üsuludur. Endoskoplar xəstənin bədəninə təbii dəliklər ilə və ya qarnın ön divarından  daxil edilir. Hal hazirda müxtəlif ginekoloji xəstəliklərin müalicəsi üçün endoskopik cərrahi üsuldan geniş istifadə olunur, hansı ki insan orqanizminə müdaxilə dərəcəsini, xəstəxanada qalma müddətini və əməliyyat sonrası ağrını azaltmağa imkan verir.
Bu üstünlüklər bizə xəstənin professional, sosial və digər normal fəaliyyətinə minimum təsir etməyə imkan verir. Bundan başqa, ənənəvi açıq əməliyyatlarla müqayisədə endoskopik cərrahiyyə estetik baxımdan da üstündür, böyük və kobud çapıq izlərindən tam uzağıq. 

Laparoskopiya:
Ümumi anesteziya altında keçirilir, bu zaman qarın boşluğunu genişləndirmək üçün qarın boşluğuna CO2 qazı yeridilir. Daha sonra qarnın ön divarında 5mm-lik dəliklər açaraq troakarlar yeridilir və onların vasitəsi ilə, zəruri alətlər ötürülür (qayçı, tutucu pinsetlər, koter, lazer, koaqulyator və s.).
Bu üsuldan aşağıdakı hallarda istifadə olunur:
  • Boru sonsuzluğunun analizi və boru keçiriciliyinini yoxlanılması;
  • Uşaqlığın çatışmazlığının diaqnostikası;
  • Çanaq nahiyəsində naməlum ağrılar;
  • Boruların ikitərəfli tutulması;
  • Endometrioz;
  • Yumurtalıqların kistası;
  • Uşaqlıqdankənar hamiləlik riski;
  • Yumurtalıqların kəsilib çıxarılması (ooferektomiya);
  • Miomanın kəsilib çıxarılması (miomektomiya);
  • Boruların kəsilib çıxarılması (salpingektomiya);
  • Polikistozun müalicəsi;
  • Uşaqlığın kəsilib çıxarılması (histerektomiya);
  • Enurez və çanaq boşluğu orqanlarının cərrahiyəsi.
Histeroskopiya:
Biz vaginal yolla uşaqlığa optika daxil edirik, eyni zamanda fizioloji serumla uşaqlıq boşluğunu genişləndiririk. Əməliyyatın növündən asılı olaraq histeroskopiya ambulator və ya yerli və ümümi anesteziya altında keçirilir.
Bu üsuldan əsasən aşağıdakı hallarda istifadə olunur:
  • Yad cismlərin və uşaqlıq daxilindəki spiralın çıxarılması;
  • Uşaqlıqdaxili poliplərin çıxarılması;
  • Submukoz miomların çıxarılması;
  • Uşaqlıqdaxili arakəsmənin (septum) kəsilməsi;
  • Süni mayalanma müvəffəqiyyətsizliyinin qiymətləndirilməsi;
  • Aybaşı pozğunluğunun səbəblərinin araşdırılması;
  • Endometrium qalınlığının aradan qaldırılması 
Dr. İlahə Quliyeva Müəllif Dr. İlahə Quliyeva

Cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru. Fransada ixtisaslaşıb, Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin üzvüdür.

Həkim haqqında
Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N, Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: +994 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2026 Bütün hüquqlar qorunur.