Aralığın bərpası (Perineoplastika)
Perineoplastika - aralıq toxumalarının və ona yaxın nahiyyələrin müxtəlif anomaliyalarının cərrahi yolla müalicəsinə deyilir. Bu növ cərrahi müdaxilənin əsas məqsədi – aralığı və uşaqlıq yolunu təbii fizioloji vəziyyətə qaytarmaqdır (bərpa etmək); çapıq toxumasının və xarici cinsiyyət orqanlarının deformasiyalarını aradan qaldırmaqdır.
Perineoplastikaya tibbi göstərişlər:
- ·Aralığın doğuşdan və ya digər struktur deformasiyalardan sonra bərpası;
- ·Kiçik çanaq əzələlərinin zəifləməsi;
- ·Cinsi əlaqə zamanı diskomfort və s.
Əməliyyat zamanı uşaqlıq yolunun və onun dəliyinin (girəcəyinin) formasının korreksiyası tətbiq olunur və uşaqlıq yolunun normal anatomik strukturu bərpa olunur. Çanaq dibinin əzələləri tikilir. Perineoplastika zamanı doğuş zamanı yaranmış çapıq toxuması kəsilib çıxardılır.
Perineoplastika doğuş zamanı genişlənmiş uşaqlıq yolunu bərpa edərək qadınların cinsi həyatında tam cinsi məmnuniyyəti almaq fürsətini geri qaytara bilir. Aralığın düzgün anatomik quruluşunu bərpa edərək , siz cinsi həyatdan maximum həzz ala biləcəksiniz.
Perineoplastikanı ağır doğuşlar keçirtmiş , əsasən 25-55 yaşlı xanımlara edilir. Lakin bu əməliyyata əks göstəriş olacaq yaş həddi yoxdur. Klimaks zamanı aralığın toxumaları elastikliyini itirə bilər və arzuolumaz dəyişikliklərə uğraya bilər. Hissiyyat və cinsi həyatın keyfiyyəti itir. Diskomfort və narahatlıq yaradan bu dəyişiklikləri aradan qaldırmaq olur.
Müxtəlif səbəblərdən yaranan aralığın deformasiyası, nəinki narahatlıq yaradır, həmçinin iltihabi proseslərin inkişafına səbəb ola bilər. Bu halda da perineoplastika tövsiyyə olunur. Bundan əlavə bu əməliyyat fizioloji xüsusiyyətlərinə görə, uşaqlığın prolapsı (sallanması) riski olan xəstələrə tövsiyyə olunur. Aralığın plastik əməliyyatı bu ciddi problemin tamamilə aradan qaldırılmasına kömək olur.
Həmçinin, perineoplastika funksional-estetik əməliyyat növüdür. O, kompleks şəklində icra olunan intim plastikanın bir hissəsi kimi tətbiq oluna bilər (məsələn, kiçik və böyük cinsiyyət dodaqlarının plastik əməliyyatlarıyla birlikdə). Xarici cinsiyyət orqanlarının deformasiyalarının və qeyri-estetik görünüşünün aradan qaldırılması qadına özünəgüvən hissini yaşadır.
Yuxarıda sadalanan problemləri aradan qaldırmaq üşün tətbiq olunacaq perineoplastika əməliyyatına həkim ümumi müayinələrin nəticələrinə əsasən qərar verir.
Əməliyyata əks-göstərişlər:
- ·Xroniki xəstəliklərin ağırlaşmaları;
- ·Əməliyyat olunacaq nahiyyədə iltihabi proses;
- ·Ağır formalı ekstragenital ginekoloji xəstəliklər və s.;
Əməliyyatdan sonra
Bir qayda olaraq, əməliyyatdan sonra pasient 1 gün ərzində xəstəxanada qalır. Tibb işçilərinin ciddi nəzarəti altında olur, buna görə də hər cür ağırlaşmaların riski minimuma endirilir. Tam sağalma 14-21 gün ərzində baş verir. Bu zaman aşağıdakılara riayət etmək lazımdır:
- ·Fiziki fəaliyyətdən uzaq durmaq;
- ·Cinsi əlaqədən uzaq olmaq;
- ·Pəhriz saxlamaq (duru və ya yarı-duru qida qəbul etmək, qəbzliyin qarşısını almaq üçün);
- ·İsti vanna qəbulu qadağandır;
Perineoplastika sizə intim nahiyənin estetik cazibəsini qaytaracaq!