Hudo plastika
Qadınların çoxsunda klitoral orqazm baş vermir, və, təəsüf ki, onlar bunu normal hal hesab edirlər. Ola bilsinki məhz hudoplastika (klitorun plastikası) – xanımlara intim əlaqə zamanı xoş hisslər yaşadacaq.
Əməliyyata göstərişlər
- ·Orqanın dərində yerləşməsi;
- ·Həddindən artıq inkişaf etmiş klitoral başlıq, klitoral başlığı örtən və onu hissiyatsız edən aralığın selikli qişasının qatları;
- ·Aralığın toxumalarının zədələnməsindən sonra yaranan çapıqlar və toxumaların kobud şəkildə deformasiyası (həmçinin bu xarici cinsiyyət orqanlarının uğursuz plastik əməliyyatı nəticəsində baş verə bilər);
İntim plastika-planlaşdırılmış əməliyyat növüdür. Hazırlıq mərhələsində olan xəstə cərrahi müdaxilə üçün əks göstərişləri müəyyən etmək məqsədiylə bir sıra müayinələrdən keçir.
Əks göstərişlərə aşağıdakılar aiddir:
- ·Hamiləlik və laktasiya dövrü;
- ·Qan laxtalanmasının pozulması;
- ·Onkoloji xəstəliklər;
- ·Autoimmun xəstəliklər;
- ·Cinsi yolla keçən xəstəliklər;
- ·Menstruasiya dövrü;
- ·Kəskin infeksion xəstəliklər;
- ·Yüksək bədən temperaturu;
Cərrahlar tərəfindən müxtəlif növ klitor və cinsiyyət dodaqlarının əməliyyatları icra olunur. Bütün növlər şərti olaraq iki qrupa bölünür:
- ·Klitorun plastikası;
- ·Birlikdə icra olunan əməliyyatlar. Klitorla bərabər digər orqanların plastikası: cinsiyyət dodaqlarının, vaginanın, qızlıq pərdəsinin və s.).
Əməliyyatın həcmi böyük deyil, lakin, bütün manipulyasiyaların icrası ginekoloqdan zərgər dəqiqliyi tələb edir. Toxumaların həddindən artıq götürülməsi (klitorun üstünün açıq qalmasına səbəb olur) gündəlik həyat tərzində xanımlara diskomfort hissi yaşada bilər.
Əməliyyatın mərhələləri
- ·Anesteziya: klitorun plastikası üçün yerli anesteziya kifayət edir, əgər əməliyat kombinləşmiş şəkildə icra olunursa (aralığın digər əməliyyatları ilə birlikdə) ümumi anesteziyaya ehtiyac yarana bilər;
- ·Klitorun və ətraf toxumaların plastikası. Əməliyyat olunan nahiyəyə sovrulan nazik saplarla tikiş qoyulur;
- ·Hemostaz, əməliyyatın qiymətləndirilməsi, pasientin narkozdan oyandırılması (ümumi anesteziya istifadə olunduğu halda).
Bərpa dövrü
Əməliyyatdan sonra iki həftə ərzində aralıq nahiyyəsi xüsusi qulluq tələb edir. İsti prosedurlar arzu olunmazdır (vanna qəbulu, saunaya getmək və aşağı hissəyə isti kompreslər etmək olmaz). Diskomfortu və ödemi aradan qaldırmaq üçün soyuq kompreslərə icazə verilir. Cinsi əlaqəyə əməliyyatdan 1,5 ay sonra icazə verilir (lakin, həkimin icazəsiylə, sağalma baş veribsə, daha tez olar).