Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Laparoskopik ginekoloji əməliyyatlarMiomaların laparoskopik çıxarılması

Miomalar – menstual dövrün pozulması, uşağlığın deformasiyası və sonsuzluğa səbəb olan uşağlığın əzələ təbəqəsinin xoş xassəli şişidir.

Bir qadının həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə pozan böyük və ya çoxsaylı  miomaları müalicə etmək üçün ən çox yayılmış üsul şişinin cərrahi xaric edilməsidir. Miomaların laparoskopiyası diaqnostikanı asanlaşdırır və ideal cərrahi müalicə üsuludur. 

Laparoskopik mioma çıxarılmasının üstünlükləri

Laparoskopiya 12 sm-dək miomalar üçün ən yaxşı seçimdir: əməliyyatdan sonra dəridə kəsik izi qalmır, uçaqlıq qorunub saxlanılır, uzun bir bərpa dövrü tələb olunmur. Bütün əməliyyat kiçik dəliklər vasitəsilə ilə qarın boşluğunun endoskopik alətlər və video kamera yerləşdirilməsindən ibarətdir.
Əlbəttə ki , mioma üçün laparoskopik cərrahiyyə xüsusi avadanlıqla və xəstənin ümumi vəziyyəti yaxın monitorinq altında yüksək ixtisaslı cərrahlar tərəfindən aparılmalıdır. 

Miomanın laparoskopiyasına dair göstəricilər

Miomalar yerləşmə yerindən asılı olaraq müxtəlif əlamətlərlə təzahür edir. Qarnın aşağı nahiyyəsində,beldə ağrılardan tutmuş tez-tez sidiyə getmə, xroniki qəbizlik, aşağı ətraflarda şişkinlik, damarların varikoz genəlməsi və tromboflebit, habelə sonsuzluq və təkrari düşüklərə qədər geniş spektli simptomlar verə bilir. Müalicəsi miomanın götürülməsindən ibarətdir.

Miomaya laparoskopik üsul bu hallarda tətbiq edilir:

Əgər sonrakı hamiləlik üçün uşaqlığı qorumaq lazımdırsa
Reproduktiv yaş dövründə olan xanımdırsa
Şişin ölçüsü  12 sm-ə qədər olduğu halda.
Hər bir halda, uşaqlıq miomalarının müalicəsi üsulu ( orqansaxlayıcı və ya orqançıxarıcı) qadın sağlamlığının fərdi xüsusiyyətlərini, yaşını və xəstəliyin gedişatını nəzərə alaraq cərrah ginekoloq tərəfindən müəyyən edilir.

Laparoskopik miom çıxarılması zamanı keçiriləcək əməliyyatlar :

Konservativ miomektomiya – miom düyününün xaric edilməsi (bu halda uşaqlıq qorunub saxlanılır)
Uşaqlığın ekstirpasiyası -  uşaqlığın tam xaric edilməsi 
Əməliyyatın həcmi qadının yaşına, uşaqlığın vəziyyətinə bağlıdır. 

Əməliyyatın mahiyyəti ondan ibarətdir ki, kiçik dəliklərə (0.5sm-0.15sm) hansılar ki bir neçə ola bilərlər, xüsusi avadanlıqları daxil edərək cərrahi müdaxilə aparırlar, burda endoskopdan istifadə olunur. Əməliyyat zamanı qarın boşluğu karbon qazı ilə doldurulur və bu da orqanlar arasında məsafəni artıraraq mudaxiləni aparmağa imkan verir. Endotraxeal narkoz istifadə edilir. Əməliyyatın müddəti mürəkkəbliyə və həcminə görə 15-65 dəqiqə zaman alır.

Uşaqlıq laparoskopiyasına hazırlıq :

Planlaşdırılmış əməliyyat zamanı aşağıdakı analizlərdən keçməlisiniz:
Qan testi (ümumi, kimyəvi, qlükoza, laxtalanma, hepatitlər,QİÇŞ və sifilis, qan qrupu və RH faktoru, TSH)
Sidiyin ümumi analizi
Fluoroqrafiya
EKQ

Ayrıca, bütün xəstəliklər və mümkün allergik reaksiyaları analiz edən və lazımi anesteziya və onun dozasını təyin edən anestezist ilə məsləhətləşməlisiniz.

Əməliyyatdan bir neçə gün əvvəl yüngül pəhriz təyin olunur, əməliyyat öncəsi yemək olmaz və bağırsaqların təmizlənməsi aparılır. Mümkün tromboz riskini önləmək məqsədilə  ayaqlar elastik bandaj ilə sarılır və ya antivarikoz corab istifadə edilir.

Mioma Laparoskopiyasından sonra bərpa dövrü

Əməliyyat sonrası bərpa müddəti 1-2 günə qədər davam edir.

Erkən zamanda yemək təyin edilir və əməliyyatdan sonrakı 6-8 saat ərzində pasient aktivləşdirilir, yeriməyə başlayır. 1 gün stasionar yatış keçırdərək aktiv şəkildə evə yazıla bilir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.