Səhifə yüklənir...

 
Ana Səhifə Ginekoloji check-up (yoxlanış)
Ginekoloji check-up (yoxlanış)

Ümumi ginekoloji yoxlanış

Dr. İlahə Quliyeva 5 dəq oxunuş
Ümumi ginekoloji yoxlanış
Ginekoloji Check-up "Ginekoloji Chek-up" müayinə, yaşından asılı olmayaraq bütün qadınlar üçün vacibdir. Müayinə iltihabi proseslərin, anatomik dəyişikliklərin və ya patologiyaların, kistaların əmələ gəlməsinin, xoşxassəli və bədxassəli şişlərin, hormonal pozuntuların, cinsi yolla keçən (zöhrəvi) infeksiyaların və sonsuzluğun səbəblərinin vaxtında aşkar edilməsinə yönləndirilir.

Müayinəyə daxildir:
1.    Həkim-ginekoloqun qəbulu, anamnezin toplanılması;
2.    Arterial təzyiqin ölçülməsi;
3.    Kliniki baxış;
4.    Qan analizləri:
•    EÇS;
•    Qanda sidik cövhəri;
•    Qanda kreatinin;
•    Qanda şəkər;
•    Xolesterol;
•    Triqliseridlər;
•    ALT;
•    AST.
5.    Sidiyin ümumi analizi;
6.    Süd vəzilərinin palpasiyası;
7.    Süd vəzilərinin ultrasəs müayinəsi;
8.    Uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkarlanması üçün paps smear test  (PAP-Test).
•     Servikal xərçəngin erkən mərhələdə aşkarlanması üçün rəqəmsal mamoqrafiya və Papanicolaou smear (PAP - Test) menstrual tsiklinin 9-11-ci günlərində aparılır;
9.    Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi;
10.    Rəqəmsal mamoqrafiya.
Həmçinin:
•    Ginekoloq tərəfindən nəticələrin təhlili, xəstə ilə müzakirə, təlimatlar, qidalanma ilə bağlı tövsiyyələr və s., növbəti yoxlanışı planlaşdırmaq (lazım olduqda);
•    Tibbi rəy - reseptlərin yazılması.


Dr. İlahə Quliyeva Müəllif Dr. İlahə Quliyeva

Cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru. Fransada ixtisaslaşıb, Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin üzvüdür.

Həkim haqqında
Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N, Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: +994 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2026 Bütün hüquqlar qorunur.