Səhifə yüklənir...

 
Ana Səhifə Eroziya və Kondiloma müalicəsi
Eroziya və Kondiloma müalicəsi

Kondilomaların kriodestruksiyayla müalicəsi

Dr. İlahə Quliyeva 5 dəq oxunuş
Kondilomaların kriodestruksiyayla müalicəsi
Kondilomaların kriodestruksiyayla müalicəsi
İntim nahiyələrdə ziyillərin əmələ gəlməsi orqanizmin insan papiloma virusuna (İPV) yoluxmasından xəbər verir.

Xəstəliyin əlamətləri:
  • ·İntim nahiyyələrdə törəmələr (ilkin mərhələlərdə - qırmızı xırda səpgi, vaxt keçdikcə itiuclu kondilomalara çevrilir);
  • ·İpəbənzər ayaqcıqlı kondilomalar birləşərək selikli qişanın səthində “gül kələminə” bənzər sruktur yaradırlar;
  • ·Onların zədələnməsi qanaxmayla müşahidə olunur;
  • ·Zədələnmiş nahiyədə qan dövranı güclənir və istilik yaranır;
  • ·Cinsi əlaqə zamanı qaşıntı, göynəmə və ağrı hissi verir.
İPV-ə yoluxmadan sonra uzun müddət xəstəlik əlamətsiz keçir.

Yoluxma yolları
  • ·Xəstəliyin daşıyıcısıyla qorunmamış cinsi əlaqə zamanı (həmçinin oral əlaqə);
  • ·Ümumi əşyalardan istifadə (epilyator, ülgüc) və ya ictimai yerlərdən istifadə qaydalarının pozulması (ümumi vanna, hovuz , ayaqyolu);
  • ·Digər venerik xəstəliklərin olması (xlamidioz, herpes və s.);
  • ·Zəif immunitet, avitaminoz, xroniki stress;
  • ·Doğuş zamanı anadan körpəyə keçməsi.
Kondilomaların müalicəsində ən effektiv üsullardan biri – maye azotla (kriodestruksiyayala) təmizlənməsidir.

Kriodestruksiya nədir?
Maye azotun təsiri altında, toxumaların temperaturu aşağı düşür, nəticədə kondilomaların daxilindəki maye donur, mikrokristallar əmələ gəlir, bu zaman hüceyrə maddələrinin konsentrasiyası toksiki həddə çatır. Kondilomaların hüceyrələrinin fəaliyyəti pozulur, və o parçalanıb məhv olur. Kriodestruksiya, bir qayda olaraq, 2 dəqiqəyə yaxın vaxt alır. Alətin dondurulmuş ucuyla patoloji toxuma arasında istilik balansı yaranır. Kriodestruksiya zamanı müdaxilə olunacaq sahə üç hissəyə bölünür: krionekroz sahəsi, keçid zonası, hipotermiya zonası. Prosedurun uğurlu keçməsi kondilomaların yerləşdiyi sahənin düzgün proqnozlaşdırılmasıdır.

Kriodestruksiyaya əks-göstərişlər
  • ·Epilepsiya;
  • ·Angiospazm;
  • ·Hamiləlik;
  • ·Yüksək temperatur;
  • ·Soyuqdəymə;
  • ·Azota qarşı allergiya.
İPV həmçinin immuniteti aşağı salır, buna görə də yüksək temperatur, soyuqdəymə, hamiləlikdən sonra, soyuqdəymə sağaldıqdan sonra həyata keçirilir.
Prosedur zamanı biraz yandırma hissi ola bilər, lakin çox ciddi ağrılar olmur, törəmələr çox olduğu halda yerli anesteziyadan istifadə olunur.

Maye azotla müalicənin üstünlükləri:
  • ·Qeyri-invaziv üsul, prosedurun qanaxmasız keçməsi;
  • ·Damar divarlarına toxunulmur, qana və limfaya virus və bədxassəli hüceyrələr keçmir.
  • ·Nisbətən ağrısız keçməsi;
  • ·Orqanizmə mənfi təsir göstərmir;
  • ·Çapıqsız sağalması.
Prosedurdan sonra
  • ·Prosedurdan sonra 1 həftə (və ya daha çox, zədənənin sahəsinə əsasən) ərzində cinsi əlaqədə olmaq qadağandır;
  • ·Həkimin tövsiyyə etdiyi gigiyenik prosedurlara riayət etmək;
  • ·Vanna, sauna, hovuz, solyariumdan 1-2 həftə ərzində uzaq durmaq.
Dr. İlahə Quliyeva Müəllif Dr. İlahə Quliyeva

Cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru. Fransada ixtisaslaşıb, Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin üzvüdür.

Həkim haqqında
Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N, Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: +994 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2026 Bütün hüquqlar qorunur.