Sidik kisəsinin sallanması (sistosel) - çanaq dibi əzələlərinin zəifləməsi ilə əmələ gələn xəstəlikdir, nəticədə sidik kisəsinin uşaqlıq yoluna tərəf yerdəyişməsi baş verir.
Sistoselin səbəbləri
⦁ Çanaq dibi əzələlərinin çatışmazlığı;
⦁ Mərkəzi sinir sisteminin pozuntuları;
⦁ Ağırlaşmış uzunmüddətli doğuşlar (aralığın yırtılmasıyla nəticələnən);
⦁ Çoxsaylı doğuşlar;
⦁ İri çəkili uşağın doğulması;
⦁ Yaşlı vaxtda toxumaların atrofiyası;
⦁ Həddindın artıq fiziki fəaliyyət;
⦁ Ginekoloji əməliyyatlar;
⦁ Çəkinin birdən-birə azalması;
⦁ Kökəlmə;
⦁ Tez-tez uzunmüddəti qəbz halları;
⦁ Kiçik çanaq orqanlarının şiş xəstəlikləri.
Əməliyyata göstərişlər (nisbi və mütləq)
⦁ Sress (gərginlik) vaxtı sidiyi saxlaya bilməmək;
⦁ Öskürək, asqırma və gülmə zamanı sidiyi saxlaya bilməmək;
⦁ Tez-tez sidiyə getmə halları;
⦁ Sidiyi boşaltmada çtinlikyin olması
⦁ Yuyunanda ələ qabarıqlığın dəyməsi
⦁ Uşaqlıq yolunda ağırlıq hissi;
⦁ Cinsi əlaqə zamanı ağrıların olması;
⦁ Sidik-cinsiyyət yollarının daimi infeksiyaları;
⦁ Bel nahiyyəsində ağrılar;
⦁ Kliniki müayinələrlə təsdiqlənən sidik kisəsinin sallanması.
Sallanmanın dərəcəsinə əsasən cərrah müvafiq korreksiyanın ən optimal üsulunu seçir. Əməliyyatın qiyməti xəstəliyin diaqnozundan, mərhələsindən, əməliyyatın üsulundan və s. asılıdır.
Əməliyyata hazırlıq
Uğurlu əməliyyat üçün pasienti müvafiq müayinələrə göndərərək xəstəliyin səbəbi araşdırılır. Əməliyyat öncəsi hazırlıq növbəti diaqnostik prosedurlardan ibarətdir:
⦁ Qanın ümumi və biokimyəvi analizi;
⦁ Sidiyin ümumi analizi;
⦁ Qan qrupunu və rezus faktoru müəyyən etmək üçün qan analizi;
⦁ Koaquloqramma;
⦁ Elektrokardioqrafiya;
⦁ Flüoroqrafiya;
⦁ Terapevtin və anestezioloqun konsultasiyası.
Əməliyyat öncəsi müayinələrdən əlavə pasientin də hazirlığı önəmlidir. Əməliyyatdan 12 saat öncə qida qəbulu qadağandır. Bundan əlavə, sidik kisəsi və bağırsaq boşaldılmalıdır. Ehtiyac yarandıqda təmizləyici klizma və sidik kisəsinin kataterizasiyası tətbiq olunur.
Əməliyyatın keçirilmə qaydası (transvaginal üsullarla)
⦁ Ön kolporafiya
Əməliyyat birbaşa uşaqlıq yolunun və çanaq dibi (aralığın) əzələlərinin möhkəmləndirilməsi üçün aparılır, hansıki, kiçik çanaq orqanlarını dəstəkləməyə kömək edir. Müdaxilə endotraxeal və ya regional anesteziya altında aparılır.
Həkim cərrahi alətlərin vasitəsilə uşaqlıq yolunun ön divarının bir hissəsini kəsib çıxardır (uşaqlıq yolunun servikal kanala keçdiyi nahiyədə), bu da, avtomatik olaraq orqanı yuxarı qaldırır. Bu manipulyasiyaların nəticəsində sidik kisəsi təbii dayağını geri qaytarır, hansı ki, onun gələcəkdə yerdəyişməsinin qarşısını alır və xoşagəlməz əlamətləri aradan qaldırır. Bir çox hallarda əməliyyat 45 dəq -ə yaxın davam edir.
⦁ Sling əməliyyatları
Əməliyyatın əsası sidik kisəsini dəstəkləyərək sidiyin gərginik zamanı axmasının qarşısını almaqdır. Bunun üçün xüsusi sintetik ilgəklərdən istifadə olunur. Qeyd olunan ilgəyi cərrah kiçik çanaq nahiyyəsinə yerləşdirir (uşaqlıq yolunun ön hissəsiylə sidik kanalı arasına). Nəticədə sidiyin axmasının qarşısı alınır.
Sidik kisəsi sallanmasının (sistoselin) cərrahi yolla korreksiyası – sidik saxlaya bilməyən, çanaq dibi disfunksiyası olan pasientlərin problemlərinin radikal yolla həllidir. Sidik ifrazatı aktının normallaşması psixoloji cəhətdən xanımlara özünəgüvən hissini qaytarır.
Reabilitasiya dövrü
Xəstəxanada qalma müddəti 1-2 gün davam edir. Əməliyyat sonrası dövrdə ağırlaşmaların qarşısını almaq üçün antibiotiklar təyin oluna bilər.
Xəstələrə əməliyyatdan sonra 20-30 gün ərzində fiziki fəaliyyətdən, cinsi əlaqədən uzaq durmaq, qəbzlik əleyhinə pəhriz saxlamaq tövsiyyə olunur.