Səhifə yüklənir...

 
Ana Səhifə Əməliyyatxana 18+
Əməliyyatxana 18+

Vaginaplastika əməliyyatı

Dr. İlahə Quliyeva 5 dəq oxunuş
Bu gün Ruhi xanımın iştirakı ilə daha bir əməliyyatı gerçəkləşdirdik. Bu dəfəki əməliyyatımız vaginaplastika, daha dəqiq desək, uşaqlıq yolunun daraldırlmasıdır. Keçirilən doğuşlara bağlı uşaqlıq yolunda yaranan deformasiyalar, genişlənmələr bu əməliyyat zamanı aradan qalxır. Həm uşaqlıq yolu darlaşdırılır, həm də sallanmalar aradan qaldırılır. Qeyd edək ki, bu əməliyyat hal-hazırda ən çox təlabat olan cərrahi müdaxilələrdən biridir. Çünki bu əməliyyat olduqca əhəmiyyətlidir. Çünki qadınlarda doğuşlardan sonra bir çox travmalar yaranır. Ağır fiziki yük, ən azından övladını 3 yaşadək qucağında gəzdirmənin özü belə sallanmalara gətirib çıxarır. Bəzən elə xanımlar görürük ki, orqanlar ümumiyyətlə çöldə sallanmış vəziyyətdədir. Onlar çox zaman özlərini bu şəkildə yaşamağa məhkum edirlər. Yaxud da gələndə artıq çox gec olur. Bu səbəbdən də vaxtında həkimə müraciət edib problem aradan qaldırmaq vacibdir.
Dr. İlahə Quliyeva Müəllif Dr. İlahə Quliyeva

Cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru. Fransada ixtisaslaşıb, Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin üzvüdür.

Həkim haqqında
Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N, Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: +994 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2026 Bütün hüquqlar qorunur.