İnsan papilloma virusu (HPV) dünyada ən geniş yayılmış cinsi yolla keçən infeksiyadır. Virusun yüksək onkogen riskli tipləri uşaqlıq boynu xərçənginin əsas səbəbidir, digər tipləri isə itiuclu kondilomalara səbəb olur. HPV peyvəndi bu tiplərə qarşı etibarlı qoruma yaradır və uşaqlıq boynu xərçənginin qarşısını almağın ən effektiv yollarından biridir.
Peyvənd nədən qoruyur?
- uşaqlıq boynu xərçəngi və onu qabaqlayan dəyişikliklər (displaziya);
- uşaqlıq yolu, xarici cinsiyyət orqanları və anal nahiyənin bəzi xərçəng növləri;
- itiuclu kondilomalar (peyvəndin növündən asılı olaraq).
Müasir 9-valentli peyvənd uşaqlıq boynu xərçənginə səbəb olan tiplərin böyük əksəriyyətini əhatə edir.
Kimə və nə vaxt vurulur?
- 9–14 yaş — ən effektiv dövr, adətən 2 doza (6–12 ay fasilə ilə);
- 15 yaşdan sonra — adətən 3 doza (0, 2 və 6-cı aylarda);
- yetkin qadınlar — 45 yaşa qədər, həkimlə fərdi qiymətləndirmədən sonra peyvənd olmaq mümkündür.
Peyvənd cinsi həyata başlamazdan əvvəl vurulduqda maksimum effekt verir, lakin sonra vurulduqda da hələ yoluxulmamış tiplərdən qoruyur.
Peyvənddən əvvəl və sonra
- peyvənddən əvvəl həkim konsultasiyası aparılır, hamiləlik istisna edilir;
- hamiləlik dövründə peyvənd vurulmur — kurs doğuşdan sonraya keçirilir;
- vurulan yerdə qısamüddətli ağrı, qızartı və ya yüngül hərarət ola bilər — bu normaldır;
- peyvənddən sonra 15–30 dəqiqə klinikada qalmaq tövsiyə olunur.
Peyvənd skrininqi əvəz etmir
HPV peyvəndi mövcud infeksiyanı müalicə etmir və bütün tiplərdən qorumur. Buna görə peyvənd olunmuş qadınlar da müntəzəm olaraq PAP test və HPV analizi verməli, ginekoloji müayinədən keçməlidirlər.
Müalicə mərhələləri
- Konsultasiya
Yaş, sağlamlıq vəziyyəti və əvvəlki peyvəndlər qiymətləndirilir, sualların cavablandırılır.
- Müayinə
Lazım olduqda ginekoloji baxış, PAP test və HPV analizi; hamiləlik istisna edilir.
- Peyvənd
Peyvənd çiyin nahiyəsinə vurulur, sonra qısa müddət müşahidə aparılır.
- Növbəti dozalar
Yaşa görə 2 və ya 3 dozalıq cədvəl tərtib olunur və növbəti tarixlər xatırladılır.
Bu xidmət üzrə suallar
HPV aşkarlanıbsa, peyvənd olmaq mənasızdırmı?
Peyvənd təhlükəsizdirmi?
Əmizdirmə dövründə peyvənd olmaq olarmı?
Sualınız var?
Qəbula yazılın və ya WhatsApp-da yazın — sizə uyğun müalicə planını birlikdə seçək.
